Emosional aclıq

Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik. Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini dol

Emosional aclıq nədir? 
Emosional aclıq bulimiya kimi bir yemək xəstəliyidir. Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik. Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini doldurmaq üçün yediyinizi unutmayın. 

Bəs emosional aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar? 
Fiziki aclıq birdən-birə başlamaz, yavaş-yavaş yaranır, amma emosional aclıqda aclıq hissi birdən-birə yaranır. Emosional aclıq hissi yarandığı anda mütləq nəsə yeyərək o hissi yox etmək istəyirsiniz, amma fiziki aclıq gözləyə bilir. Əgər emosional boşluq hissinizi doldurmaq üçün yeyirsinizsə, mədəniz dolsa belə yeməyə davam edəcəksiniz. Amma, əgər həqiqətən acmısınızsa, mədəniz dolduğu anda yeməyi dayandıracaqsınız. 

Heç yemək yedikdən sonra hisslərinizi analiz etmisinizmi? Əgər yedikdən sonra özünüzü günahkar hiss edirsinizsə, deməli emosional aclıq hissiniz üçün yemisiniz. 

Emosional aclıq ilə necə mübarizə aparmaq olar?
Emosional aclıq hissini dayandırmaq üçün ilk addım həqiqətən ac olub, olmadığınızı özünüzdən soruşmaqdır. Bu sualın cavabı “yox” olarsa, onda 1 stəkan su için. Əgər sualın cavabı “hə” olarsa, onda gözləyin və nə qədər ac olduğunuzu düşünün. 

Aclıq səviyyənizi 1 – 10 arası rəqəmlərlə qiymətləndirə bilərsiniz. 10 dəhşətli dərəcədə ac olduğunuzu göstərir. Növbəti addım isə axırıncı dəfə nə vaxt yemək yediyinizi müəyyənləşdirməkdir. Əgər müddət 3 – 4 saatdan çoxdursa, fiziki olaraq ac ola bilərsiniz. 

Çox vaxt fikrinizi yayındırmaq emosional aclıq hissinin qarşısını almağa kömək edir. Bu hiss yarandıqda sevdiyiniz bir işlə məğul olaraq və ya təmiz havada gəzərək emosional aclıq hissini unuda bilərsiniz. Təbii ki, partlamış qarğıdalı olmadan bir film izləyə bilər və ya musiqi dinləyə bilərsiniz. 

Həmişə sağlam və balanslı şəkildə qidalanmağa çalışın. Gün ərzidə 4 – 5 dəfə yemək yeyin. Ən vacibi isə, səbəbi nə olursa, olsun səhər yeməyini yeməyi unutmayın. Qida rasionunuzda kəpəkli taxıllar, tərəvəz, meyvə, yağsız zülal və az yağlı süd məhsullarının olmasına diqqət yetirin. Nizamlı şəkildə idmanla məşğul olmağı da unutmayın. 

Çox yorulmaq da emosional aclıq hissinin yaranmasına səbəb ola bilər. Bu səbəbdən, bədəninizin gündəlik stress və yorğunluqdan azad olması üçün keyfiyyətli bir yuxu da çox əhəmiyyətlidir. Əgər emosional aclıq hissinizə məğlub olub yemək yemisinizsə, səhəri gün yeni bir səhifə aça biləcəyinizi unutmayın. Özünüzü günahlandırmaq bu problemin həlli ola bilməz, sizdə daha çox stress yaradaraq daha çox yemək yeməyinizə səbəb ola bilər.