Bizlərdən əlavələr

Bir adamda heç 101 bal yığar? Elə internet klubda 101i görəndə dedim öz özümə ki, 100 bal bakı islama keçid balıdı gör neynirsəndə. Yaxşı ki, indi oxumuram orda. Təsəvvür et, dost tanış xahiş edir ki gəl mərasimimizi yola ver.

Mən təkrarlanan hadisələri sevmirəm. Doğrusu istisnalar var. Həmin istisnalar ki, hadisənin birazdan olacağını hər yadına saldığcda yerindən durub kimisə qucağlamaq istəyirsən. İstəmirəm əslində bu məqalə matta incilinə oxşasın, ona görədə fikrimi çatdırmağı öngörəcəm. Hə birdə istisna demişkən orta məktəb yadıma düşdü. Azərbaycan dilini oxuyurduq, qaydalardan çox istisnalar var idi, həmin istisnalarki mənim bakı islam universitetinə qəbul olmağıma yol açdı. 16 yaşım var idi qəbul imtahanını verəndə. Ötəri uşağlıq həvəsiylə qrupumu elektron ərizədə dəyişmişdim. Əslində mənə universitetə qəbul olmağda marağlı deyildi. Ānı fikirləşən olmamışam açığı. Elə nə olubsa xəyalpərəstliyimin ucbatından olub. Qəbul imtahanından üç dörd saat sonra özümü sumqayıtda bir xaşxanaya (xaşxana) ofisiant kimi işə başlayarkən gördüm. Müdirə uzağdan baxdım ki, oturub domino çırpır, bir əliylədə ayağıyla oynuyur. Tez fikir verdim ki sağ əliylə yoxsa sol əliylə? Sağ əliylə.

Dönə dönə tapşırdı ki, bax aaaa xoşuma gəlməsə götürmüyəcəmmmm. Aldım əlimə podnusu ora qaçdım bura qaçdım. Ağlımda isə fikirlər dolların kursu kimi idi - dəyişirdi. 3 gün keçdi, getdim internet kluba kişi-kişi girdim - brat bidənə "naçalo" açda 9 u.

 

Aeraportda yoxlanışdan keçəndə elə bil içimdə kimsə oturub ürəyimi sıxırdı. Arxaya çevrilməyə qorxurdum. Deyirlər kişilər ağlamaz da. Biraz qabağda üstümdəki dəmir əşyaları çıxartmaq lazım gəldi. Qızılı elektron yandıranımı çıxaranda qadın əlin uzatdıki - baxım buna. Elə şeylər var bilməmiş olmadığına inanıram. Hansıki sənə çox əzizdi. Qızılı olmasın qara olsun ya da hər nə rəng. Əsas odu kimsə sənə alıb. KİMSƏ. 

 

Aeraportda oturub telefonu "zaryatkaya" qoydum. Elə məqamdı heç olmasa oturub rus dilindən sayları öyrənib day əziyyətdən keçib. Təsəvvür et, bir ölkəyə oxumağa gedirsən ancaq öz dilini bilirsən birdə samanyolundan öyrəndiyin türkçəni. 

 

Təyyarə tam sürət yığıb uçuşa hazırlananda öz özümə dedimki artıq həyat dəyişir, rejim qəlizləşir. Sonra istədim ruscada deyim biraz xarizmatik olsun. Alınmadı, çoxda dirəşmədim. Birazdan üşümüş kimi oldum. Sonra bilmədim hardayam qardaşım. Yatmışdım ya oyaq idim ya nə olmuşdu niyə 10 dəqiqə əvvəl yadıma düşmür? Stuardessa fast food olan arabanı mənə çatdırmağa az qalmışdı. Ürəyimdə fikirləşirdim ki, "2 dənə qamburger i 2 kola потом скажу спасибо большое". Elə yanıma çatdılar nə istəyirsiniz soruşanda başladım kəkələməyə. 3 4 şey götürdüm. Həyəcandan sağolunda demədim. Gördüm gözləyirlər e. Bir anlıq qarşıdakıların qabağına baxdım ki heçnə yox imiş. Elə bu an sarışın stuardessa məni bu qeyri səlis məntiq nəzəriyyəsindən ayıltdı - 690 грн. пожалуста.

 

Bakıya qayıdanda avtobusla qayıtdım. Gömrükdə maşında qaraçörək otunun içində nəşə tapdılar gömrük işçiləri. Şoferin imiş. 1.5 gün Rusiyada bölmənin qarşısında şaxtalı havada maşında oturduq. Şoferi "harasa" aparmışdılar. Nə internet var idi nə bir şey. Soyuq dəli edirdi adamı. Şoferdə açarı qoymadıki heç olmasa kondisioneri qoşaq. O qədər siqaret çəkmişdim ki, aclıq gəlmirdi. Boğazımı hiss etmirdim heç. 

Bu xaşxanada 18-19 gün işlədim. Ortalama 15-17 saat işləyirdim. Ayaq üstə o qədər durmaq məni çox yorurdu. İşdən çıxanda özümə yığdığım pulla telefon aldım. Nə telefon özdə, it ağzından çıxmış.

10 neçə gün antibiotik müalicəsindən sonra çoxlu kilo almışdım. Boğazım təmiz çökmüşdü. Tez-tez internetdə "bademcik kanseri belirtileri" oxuyurdum. Qorxurdum açığı. Sonra çıxdı getdi hamsı. Siqareti tərgitdim. İdmanıma - boksa qayıtdım. 

Metroda belimdə 15-20 kg çantayla saat axşam 6 7 də gənclik metrosundan 20 yanvara gedəndə, vaqonda basa-bas salıb qaçıb oturan xalalar bezdirirdi. Sənin ayağını tapdalayıbsa demək ki düz edib. Demək ki sənin "palojnandır" və gənc nəsil çox tərbiyəsizdir və hamsı qulağlarına şunur taxıb saymamazlıq edir və və və və və s. Sən nəvaxtsa sənə durub yer verən yaşlı qadın ya yaşlı kişi görmüsən? Mən yüz faiz bilirəmki ölkənin gəncləri onsuzda heç vaxt belə təklifi qəbul etməz. Məndə etmərəm. Amma hərgün eyni şeyləri sevmirəm. Doğrusu istisnalar var. Ukraynada olanda birşey çox xoşuma gəldi. Avtobusda qalxıb yaşlı qadına yer vermək istəyəndə mənə sifət elədi. Sonra mənə izah olundu ki, burdakı yaşlı qadınlar ona yer verməyi hörmətsizlik kimi başa düşürlər. Yəniki sən qocasan gəl otur. Görürsən buda yaxşı söhbətdir. Mənim yer vermək istədiyim qadını qara torpaq səsləyirdi, seni çok özledim mahnısın oxuyurdu torpaq ona. Bəlkədə ölmüşdü özünündə xəbəri yox idi. Hər nəisə. Yəni söhbət budur və marağlıdır olduğca. Kimdir axı səni vecinə alan? Kimdir səni başa düşən burda? Təkcə metro deyil. Hər yerdə belədir bizdə. Bunlar əlavələrdir, özüdə bizlərdən. İnsanın ən yaxşı dostu elə ailəsidir.

Boks mənim üçün hərşey deməkdir. Mike Tyson mənim kumirimdir. Bu adamı sevirəm. Hər döyüşün hər nokautun əzbər bilirəm. Uduzduğu, noqdauna düşdüyü döyüşləri məni olduğca pis edir. Məni tanıyanlar o adamı necə sevdiyimi bilir. Əsl fanatizm budur. Dayanmadan onun haqqında danışa bilərəm. Amma bizim talelərimiz biraz fərqli oldu. Mən boksçu olmadım. Ukraynada gecə klubundan çıxıb aptekin qapısında əlimi qırdım. "Hərkəsin, ağzının üstündən yumruğu yeyənə qədər bir planı var" - Mike Tyson.

Mənim professiyam kibertəhlükəsizlikdir. Elə fakültəmdə. 9 cu sinifdən kodlaşdırmaya, kriptoqrafiyaya, ən əsasda web programlaşdırmaya marağım var. Hal hazırdada bununla məşğulam. Bu mövzuya marağı olanlar üçün ətraflı məqalələr yazacam.

 

Bir adamda heç 101 bal yığar? Elə internet klubda 101i görəndə dedim öz özümə ki, 100 bal bakı islama keçid balıdı gör neynirsəndə. Yaxşı ki, indi oxumuram orda. Təsəvvür et, dost tanış xahiş edir ki gəl mərasimimizi yola ver. 

Birdə gözümü açdım ki artıq əmək kitabçasının qiymətini marağlanıram. Tibbi yoxlanışdan keçmişdim. İşə qəbul üçün getməli idim. 2 günə işə başladım və haqsızlığın, intriqanın, yekəbaşlığın, yaltaqlığın və torbatikənliyin original variantların gördüm. İşdən heçnəyə vaxtım qalmadı. Nə kitab oxuya bildim nə dil kursu və s. 10-12 saat ayaq üstündə dayanmaq və daimi beynimi işlətmək məni dəhşətli dərəcədə yorurdu. Həmişə yeni işə başlayanda ilk həftələr olmadığı kimi yorulursan, sonradan öyrəşirsən. İşləmək çox yaxşıdır. Daha yaxşısı isə professiyana uyğun olanıdır. Amma mən ömrümün bütün hissəsin qrafiklə işləyib qazancımı maaşa bağlamağın tərəfdarı deyiləm. Ona görədə Network Marketing (Bu haqda ətraflı məqalə yazacam) sistemini bəyənirəm.

 

Bu yazılarla sənə qısa bir tanışlıq vermək istədim. Bəlkə mətnlərin keçidləri səni çaşdırdı amma hamsı əlaqəli əlavələr idi, necə bizlərdən olan əlavələr kimi. ARDI VAR...